Danimarkalı ekspert ADAU-da | |
Azərbaycan höküməti ilə Dünya Bankı “Kənd təsərrüfatında risklərin qiymətləndirilməsi” mövzusunda birgə layihə həyata keçirmək niyyətindədir. Artıq hazırlıq işləri yekunlaşmaq üzrədir və rəsmi təqdimat iyun ayına planlaşdırılıb. Sənədlərin hazırlanması çərçivəsində Danimarkadan olan və Azərbaycana ezam edilən ekspert Karl Larsen aqrar sektorda təhsil və məsləhət xidmətlərinə aid tədqiqatını davam etdirməkdədir. Azərbaycan Dövlət Aqrar Universitetindən verilən məlumata görə, səfər çərçivəsində Karl Larsen ADAU-da olub, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüb. Görüşdə fikir mübadiləsi aparılıb, ekspertin görəcəyi işin çərçivəsini əks etdirən təlimat (ToR) müzakirə edilib, ADAU rəhbərliyinin tövsiyələri dinlənlib.
Yusif ƏLİYEV
|
|
22.02.2018 | 17:00 | |
|
|
|