Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib.

 

39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.

 

Məqsəd peşə təhsili pilləsi üzrə nəzərdə tutulan dərs vəsaitlərindən istifadə imkanlarının genişləndirilməsidir.

 

Qeyd edək ki, sözügedən dərsliklər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet saytında (vet.edu.gov.az) və  e-derslik.edu.az portalında yer almaqdadır.