Yunanıstanda keçirilən VIII beynəlxalq uşaq rəsm müsabiqəsində (Biennale) Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri uğur qazanıblar.

 

Müsabiqəyə qatılan VII sinif şagirdi Surə Dadaşzadə və IX sinif şagirdi Abdulrəhim Bağırlının rəsmləri münsiflər heyəti  tərəfindən yüksək qiymətləndirilərək I yerə layiq görülüb.

 

Qeyd edək ki, hər iki şagird beynəlxalq müsabiqə laureatıdır, dəfələrlə bu cür müsabiqələrdə qalib olublar.