Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması barədə əmr imzalayıb.

 

Əmrə əsasən, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva  Şuranın sədri təyin edilib.

 

Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Şuranın üzvləri seçiliblər. 

 

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri