Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.

 

UNEC-dən bildirilib ki, I qrup üzrə texniki və texnoloji ixtisaslarda artıq 8 yeni ixtisas var: Kommunikasiya sistemləri mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Elektrik və elektronika   mühəndisliyi, Maşın mühəndisliyi, Sənaye mühəndisliyi, Materiallar mühəndisliyi, Ekologiya mühəndisliyi, Kompüter elmləri. Ümumilikdə isə I ixtisas qrupuna 10 ixtisas qrupu üzrə qəbul aparılacaq.

 

Qeyd edilib ki, texniki və texnoloji ixtisaslar UNEC-də yeni yaradılan rəqəmsal iqtisadiyyat və mühəndis iqtisadiyyatı  fakültələrində tədris olunacaq.

 

II ixtisas qrupunda isə Beynəlxalq ticarət və logistika ixtisası yeni açılıb. Bu ixtisasda tədris 4 dildə (Azərbaycan, türk, rus, ingilis) olacaq. II ixtisas qrupu üzrə UNEC-də, ümumilikdə 9 ixtisas üzrə qəbul nəzərdə tutulub.

 

2020/2021-ci tədris ilindən III ixtisas qrupu üzrə də UNEC-də qəbul aparılacaq. Abituriyentlər  Sosial iş ixtisası üzrə universitetdə təhsil ala biləcəklər.

 

Beləliklə, UNEC-də I-V ixtisas qrupları üzrə qəbul həyata keçiriləcək.