İyulun 1-dən "WorldSkills Asia" təşkilatı tərəfindən üzv ölkələr üçün İKT istiqaməti üzrə 8 peşə bacarığını hədəfləyən onlayn təlimlərə başlanılır.

 

130-dan çox nümayəndənin qatılacağı təlimlər İKT şəbəkə sistemlərinin idarəedilməsi, biznes üçün İKT həlləri, veb-dizayn və bu kimi digər sahələri əhatə edir. Təlimlərdə Azərbaycandan 5 peşə istiqaməti üzrə 6 mütəxəssisin iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, sözügedən təlimlər sahə mütəxəssislərinin biliklərinin artırılması və hazırda əmək bazarının tələb etdiyi bilik və bacarıqların təhsil sisteminə gətirilməsinə istiqamətləndirilib. Sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur.