RUR reytinq agentliyi  dünya universitetlərinin ixtisaslar üzrə reytinqini açıqlayıb.

 

Dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə daxil olduğu bu reytinq sıralamasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) daha bir uğura imza atıb.

 

Universitetdən verilən məlumata görə, Texniki elmlər  ixtisası üzrə UNEC dünya üzrə 718-ci, Azərbaycan üzrə isə birinci yerdə qərarlaşıb. Həmçinin Təbiət elmləri ixtisası üzrə UNEC dünya üzrə 692-ci, Azərbaycan üzrə isə ikinci yerə yüksəlib.

 

Məlumat üçün bildirilib ki,  RUR reytinq agentliyi 2013-cu ildə fəaliyyətə başlayıb və Moskva şəhərində yerləşir. Agentlik  hər il dünya universitetlərinin reytinqini və ixtisaslar üzrə reytinq sıralamasını təyin edir. Dünyanın 82 ölkəsindən 1100-dən  artıq universitetinin fəaliyyətini 20 indikator və 4 sahə - təhsil, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə dayanıqlığı üzrə qiymətləndirir. RUR reytinq agentliyi universitetlərin tədqiqat fəaliyyətini Calrivate şirkətinin tədqiqat bazaları əsasında ölçür.