Mayın 25-də Bakının Nəsimi rayonunda yerləşən İlyas Əfəndiyev adına “Elitar” gimnaziyanın şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

 

Şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyini ziyarət edib, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar. ADNSU-nun tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev məktəblilərə universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib.

 

Daha sonra şagirdlər universitetin Mineralogiya Muzeyini, “Elektromexanika” kafedrasını, həmçinin kimya laboratoriyasını ziyarət ediblər.