Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşkilatçılığı ilə 2 fevral-Gənclər Günü münasibətilə tələbə-könüllülər üçün “Gəncliyin BİR həftəsi” adlı tədbir keçiriləcək.

 

2 ildir ki tələbə-könüllülərin yüksək marağına səbəb olan “Gəncliyin BİR həftəsi” layihəsinin məqsədi onların şəxsi inkişafının təmin olunması, dünyagörüşünün artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.

 

28 yanvar - 1 fevral tarixlərini əhatə edən layihə çərçivəsində proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et” və “Zövq al”) üzrə müxtəlif təlimlər, vebinarlar, intellektual oyunlar və konsert proqramı təşkil ediləcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 25 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 650-dən çox yerli, eləcə də beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.