Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Caspian Cable” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə rektor Vilayət Vəliyev və şirkətin icraçı direktoru Elnur Bədəlov imza atıb.

 

Universitetdən bildirilib ki, memoranduma əsasən, AzTU-nun energetika, elektrotexnika, avtomatika və digər fakültələrinin bakalavriat, eləcə də magistratura pillələrində təhsil alan tələbələrinin şirkətdə istehsalat təcrübəsinə cəlb olunması, eyni zamanda birgə elmi-tədqiqat laboratoriyaları, layihə-konstruksiya bürolarının yaradılması nəzərdə tutulur.

 

Seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom və elmi işlər üçün tələb olunan mövzuların birgə tərtibi, fərqləndirilən tələbələrə təqaüd və mükafatların verilməsi də memorandumda əks olunub.

 

Tərəflər bu sahənin inkisafında kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi, habelə müəssisənin insan resursları sisteminin təhlili və idarə olunmasında innovativ texnologiyaların tətbiqini həyata keçirəcək.