Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında imtahanların vaxtını açıqlayıb.

 

Bildirib ki, aprel-sentyabr aylarında buraxılış və qəbul imtahanları keçiriləcək. Operativ Qərargahın qərarına əsasən, imtahan tarixlərində dəyişiklik oluna bilər, lakin imtahanların ardıcıllığında heç bir dəyişiklik gözlənilmir.

 

Ali təhsil müəssisələrinə qəbul imtahanları 2 dəfə keçiriləcək. Bundan əlavə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin də 2 dəfə keçirilməsi planlaşdırılır. Lakin bütün bunlar vəziyyətdən asılı olacaq.

 

Fevralın 28-də isə magistraturaya qəbul imtahanı olacaq, fevralın 9-dan magistraturaya sənəd qəbuluna start veriləcək.