Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbi üçün yeni tədris binası inşa olunub.

 

Məktəb kollektivinin istifadəsinə verilən tədris binası 264 şagird yerlikdir.

 

Məktəbdə idman, akt zalları, 10 sinif otağı, 3 laboratoriya otağı, 2 əmək otağı, 1 informatika, 1 hərbi hazırlıq və 1 məktəbəqədər hazırlıq kabineti yerləşir.

 

Gəgiran kənd tam orta məktəbinin əvvəlki və indiki görüntülərini diqqətinizə çatdırırıq.