Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin fortepiano ixtisası üzrə III sinif şagirdi, 9 yaşlı Nuray Mehdiyeva  Azərbaycan Respublikası Rus İcması nəzdində - Rus mədəniyyət Mərkəzi tərəfindən keçirilən, “Rodniki duşi” adlı rus klassik və xalq musiqiləri, mahnı və rəqslərinin ən yaxşı ifaları üzrə XIV Respublika festival-müsabiqəsinin qalibi olub.

 

Qeyd edək  ki, müsabiqə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 və Azərbaycan Rus İcmasının 25 illik yubileylərinə həsr olunub. Müxtəlif nominasiyalar və yaş qrupu üzrə keçirilən müsabiqədə iki nominasiya üzrə iştirak edən Nuray Mehdiyeva uğurlu çıxış edərək, öz yaşıdları arasında fortepiano ixtisası üzrə I, vokal üzrə isə II dərəcəli diploma layiq görülərək müsabiqənin laureatı adına layiq görülüb.

                                                        

Sifai SƏFƏROVA