İmtahanlarda 20 nəfər iştirak edib


Dövlət İmtahan Mərkəzində (DİM) 2021-ci il fevralın 10-da TOEFL iBT imtahanları keçirilib.

 

İmtahanlar iki növbədə DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

Qurumdan bildirilib ki, günün birinci yarısında keçirilən imtahanda 8, ikinci yarısında keçirilən imtahanda isə 12 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə biləcəklər.

 

Növbəti TOEFL iBT imtahanının fevralın 20-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/