Avstraliyada yerləşən UniRank reytinq təşkilatı 2021-ci il üçün dünya universitetlərinin reytinqini açıqlayıb.

 

UniRank reytinq təşkilatının 200-dən artıq ölkədə rəsmi qeydiyatdan keçmiş 13800-dən çox ali təhsil müəssisəsinin analizi nəticəsində aparılan reytinq sıralanmasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin reytinqində 366-cı yerdə qərarlaşıb.

 

UniRank reytinq agentliyinin regional göstərici üzrə- “Asiyanın 200 ən yaxşı universiteti” sıralanmasında Azərbaycandan düşən yeganə universitet UNEC-dir və  regionun 36-cı ən yaxşı universiteti seçilib.