Xəzər Universitetinin “Dünya” məktəbinin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

 

YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevlə görüşdə məktəblilərə ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlərdən  və elm, təhsil, biznes əməkdaşlığı  haqqında söz açıblar.

 

YT Parkın rezidenti olan "Agro BioEchoTech" MMC-nin direktoru Əlibala Əlizadə  şagirdlərə tövsiyələrini verib.YT Parkın hüquqşünası Fikrət Qayıbov  təmsil etdiyi qurumun yaranması, rezidentliyə qəbul məsələləri, ideyaların texnologiyaya transferi və biznes inkubasiya mərkəzlərində keçdiyi inkişaf mexanizmi barədə onları məlumatlandırıb.

 

Şagirdlər YT Parkın rezidentləri "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələri, eləcə də pilotsuz uçan aparatlar və radio ekoloji monitorinq sistemi  haqqında məlumatlar toplayıblar.

                                     

Sifai SƏFƏROVA