Qax rayon ümumtəhsil məktəblərində 1904 şagirdin cəlb olunduğu “Yay məktəbi” təşkil edilib. 

 

Qax Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, iki həftəlik ödənişsiz  “Yay məktəbi”ndə şagirdlərin könüllü iştirakı təmin olunub.  “Yay məktəbi”nin təşkilində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi və təhsil müddətində olan çatışmazlıqları tamamlamaqdır.

 

Şakir CƏFƏROV