Ağdam rayon 91 nömrəli tam orta məktəbində  "Ordun varsa, yurdun var" adlı tədbir keçirilib.

 

Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, tədbirdə məktəbin kollektivi, şagirdlər və Vətən müharibəsi qaziləri iştirak ediblər.

        

Çıxış edən I və II Qarabağ müharibəsi iştirakçısı gizir Səyyaf Əhmədov Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad olunmasında qazandığı qələbədən danışıb.

      

Tədbirdə  şagirdləri maraqlandıran  suallar da cavablandırılıb.  

 

Şakir CƏFƏROV