Sumqayıt Dövlət Universitetinin (SDU) kimya və biologiya fakültəsinin III kurs tələbəsi Ülvi Teyubzadə Ukraynanın Kobleva şəhərində yeniyetmə, gənclər, qadınlar və kişilər arasında keçirilən Dünya kubokunda qaydasız döyüş növü üzrə 100 kq+ çəki dərəcəsində mübarizə apararaq yarımfinalda Gürcüstan, finalda isə Moldova idmançısına qalib gəlib. SDU tələbəsi dünya kubokunu qazanaraq, qızıl medala layiq görülüb.

 

Şakir CƏFƏROV