“Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İB-nin dəstəyi və “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən “Yay futbol düşərgəsi” layihəsinin 3-cü mərhələsi başa çatıb.

 

Sumqayıt Şəhər Təhsil Şöbəsindən verilən məlumata görə, düşərgənin bağlanış mərasimində şəhər təhsil şöbəsinin müdiri Arzu Alızadə çıxış edərək bu layihəni yüksək qiymətləndirib və bütün iştirakçılara, eləcə də layihədə əməyi keçən hər kəsə təşəkkür edib.

 

Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara “Sumqayıt” FK-nın idman geyimləri, “Kapital Bank” ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

 

Qeyd edilib ki, “Yay Futbol Düşərgəsi” layihəsiinin və ictimai işlərin həyata keçirilməsində  şəhər təhsil şöbəsinin əməkdaşı Cəmilə Fəyyaz, 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Səfərli, 35 nömrəli tam orta məktəbin müəllimi Nigar Əliyeva, Təfəkkür liseyinin müəllimi Sevinc Əhmədova və 16 nömrəli tam orta məktəbin psixoloqu Samirə Əhmədli fəal iştirak ediblər.

 

Şakir CƏFƏROV