Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Cocuq Mərcanlı kəndində ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən məzunlarla görüş keçirilib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, icra hakimiyyətinin başçısı Kamal Həsənov tələbə adını qazanan məzunları təbrik edib, onlara uğurlar arzulayıb,  gələcəkdə savadlı mütəxəssis olaraq dövlətçiliyimizin daha da möhkəmlənməsi yolunda yorulmadan çalışacaqlarına əminliyini vurğulayıb.

 

Tədbirdə direktorlar adından Süleymanlı kənd tam orta məktəbinin direktoru Ələkbər İsmayılov, məzunlar adından Sirik kənd tam orta məktəbinin məzunu, hazırda Azərbaycan Tibb Universitetinin tələbəsi olan Kamil Əfəndiyev çıxış edərək rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Şakir CƏFƏROV