Mingəçevir Dövlət Universitetində “Xarici dil öyrənmə sənəti” mövzusunda təlim keçirilib.

 

Onlayn formatda təşkil edilən təlimdə universitetin tələbə və magistrantları, eləcə də gənc əməkdaşları iştirak ediblər.

 

Təlim doqquz müxtəlif dildə akademik səviyyədə danışmağı bacaran xarici dillər üzrə kouç Aslan Məmmədzadə tərəfindən aparılıb.

 

Təlimçi informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə qısa zaman ərzində xarici dil öyrənmənin effektiv üsullarından danışıb və bununla bağlı şəxsi təcrübələrini bölüşüb.

 

İştirakçılar tərəfindən maraqla qarşılanan təlimdə təqdim olunan çoxsaylı suallar cavablandırılıb.