Ağdam rayon 3 nömrəli tam orta məktəbinin tarix müəllimi Aygün Nayıbovanın VI sinifdə Zəfər tariximiz adlı “açıq dərs”i olub.

 

Təhsil şöbəsindən bildiriblər ki, dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. Şagirdlər dərs zamanı böyük həvəslə və qürurla 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlaması haqqında çıxışlar ediblər.

 

44 gün davam edən Vətən müharibəsi xalqımıza otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Şanlı Zəfər qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimizin Zəfər tariximizə qızıl hərflərlə yazılmağı haqqında şagirdlərə məlumat verilib.

 

Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salınıb.

 

Sonda “aşıq dərs” təhlil olunub. Fənn müəllimləri dərs barədə müsbət fikirlərini deməklə bərabər, tövsiyələrini də  bildiriblər.

 

Şakir CƏFƏROV