Çingiz Aytmatovun 90 ylliyinə həsr olunmuş tədbir keçirilib


İyulun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illiyinə həsr olunan “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

İnstitutdan verilən xəbərə görə, əvvəlcə tədbir iştirakçıları Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi Çingiz Aytmatovun kitab və fotolarından ibarət sərgi ilə tanış olublar.

 

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yazıçının yaradıcılığının milli və bəşəri keyfiyyətlərindən bəhs edib. Bildirilib ki, Çingiz Aytmatov Azərbaycanda sevilən, əsərləri daim dilimizə tərcümə olunaraq müxtəlif nəşriyyatlarda dəfələrlə çapdan çıxan nadir yazıçılardandır.

 

Tədbir çıxışlarla davam edib.