Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi Partiya Təşkilatı “Mən Naxçıvanı öyrənirəm. Bəs sən?” tələbələrarası bilik olimpiadası elan edib.

 

Bilik olimpiadasının keçirilməsində məqsəd muxtar respublikanın uğurlu inkişaf modelini gənclərə aşılamaq, bu inkişaf modelini və Naxçıvanın tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiyası və sair bu kimi sahələri təbliğ etmək, gənclərə mənimsətmək, yüksək bilik və bacarığa malik gəncləri üzə çıxarmaq, onları ictimai və elmi fəaliyyətə həvəsləndirməkdir.

 

Bilik olimpiadasında muxtar respublikanın ali təhsil müəssisələrinin tələbələri, magistr və doktorantları iştirak edə bilər.

 

Olimpiadaya fevralın 1-dən başlayan qeydiyyat  martın 1-ə  kimi  davam edəcək.

 

Bilik olimpiadası iki mərhələ üzrə keçiriləcək. İştirak etmək istəyən hər bir tələbə təşkilat komitəsi tərəfindən yaradılmış elektron ərizə formasını doldurmaqla (https://forms.gle/Z9iLEtKArEUaRwhP7) iştirakçı olmaq hüququ qazanacaq.

 

Finalda ilk üç yeri tutan iştirakçılara diplom və qiymətli hədiyyələr, ən yüksək nəticə göstərmiş 10 iştirakçıya isə diplom təqdim ediləcək.

 

Qaliblər martın 2-də mükafatlandırılacaq.