Xırdalan  şəhər 5 nömrəli tam orta məktəbdə Vətən müharibəsi qəhrəmanı, təhsil ocagının adını daşıyan Veysəl Musibovun doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

 

Əvvəlvə tədbirdə istirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon rəsmiləri, şəhidin ailə üzvüləri, Vətən müharibəsi iştirakçıları, 5 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti şəhidin məzarını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, Vətən uğrunda, haqq yolunda Şəhadət məqamına yüksələnlərin  ölməzliyi, əbədiliyi bir daha vurğulanıb. 

 

Təhsil ocağında davam edən tədbirdə Veysəl Musibovun həyat yolundan,  onun igidliyindən və göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

 

Daha sonra məktəbdə şəhidin doğum gününə həsr olunmuş lövhənin açılışı olub.

 

Rəşad ZİYADOV