Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə şəhid Elnur Mustafayevin anım tədbiri keçirilib.

 

Şəhidin valideynləri və yaxınlarının iştirak etdiyi tədbirdə məktəbin məzunu Elnur Mustafayevin təhsil illərindən, onun vətənə bağlılığından bəhs olunub. Bildirilib ki, Elnur Mustafayev Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 2020-ci il oktyabrın 30-da Xocavənd rayonunda Qırmızı Bazar adlanan ərazidə döyüş yoldaşının nəşini xilas edərkən aldığı güllə yarasından  şəhidlik zirvəsinə ucalıb.

        

O, şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Çıxış edənlər bildiriblər ki, Vətən üçün fədakarlıq göstərən, bu yolda şəhid olan bütün igid oğullar xalqımızın qəlbində əbədi yaşayacaq.

 

Şakir Cəfərov