Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin Təşkilatçılığı ilə “Həyatda və karyerada nitqinlə fərqlən” adlı modul təlimlərə start verilib. Təlimdə universitetin gənc akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

 

Gənclərdə nitq mədəniyyətinin və natiqlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərin birinci modulunda MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsibli təqdimatla çıxış edib.

 

Səlis nitqin insanın həyat və karyerasında önəmini vurğulayan S.Nəsibli səhnədə nitq zamanı həyəcanın dəf olunması və nitq mədəniyyətinə yaxşı yiyələnməyin üsullarından bəhs edib, işgüzar və akademik kommunikasiyada gözlənilməsi vacib qaydaları izahlayıb və düzgün nəfəs almaq üçün praktiki məşqlər nümayiş etdirib.

 

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.