Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və SUP VC-nin təşkilatçılığı ilə “Agrotech Workshop and Hackathon” tədbirinin açılış mərasimi olub.

 

ADAU-nun rektoru, professor İbrahim Cəfərov bildirib ki, “AgroTech Hackathon” kənd təsərrüfatı sektorundakı problemlər üçün innovativ həllərin tətbiq edilməsi, kənd təsərrüfatında texnologiyalar və innovasiyaların inteqrasiya edilməsi üçün nəzərdə tutulub. İştirakçılar bu əsas anlayışların kənd təsərrüfatında necə istifadə edildiyini öyrənməklə yanaşı, həm də təşkilata töhfə vermək üçün təcrübə və bacarıqlara yiyələnəcəklər.
 

Sonra USAID Özəl Sektorun İnkişafı Layihəsinin rəhbəri Deyvid Blad, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Mammad Karim və "NEXT STEP" İnnovasiya Mərkəzinin direktoru Rəşad Eyvazov aqrar sektorda innovativ texnologiyaların tətbiqi ilə bağlı çıxış ediblər.
 

“Kənd təsərrüfatı sektorunun inkişafına dəstək, prototiplərin yaradılması və innovativ texnologiyaların tətbiqi istiqamətində təşkil edilən “Hackathon” tədbiri 3 günlük nəzərdə tutulub. Hackathon aqrar sektorda texnologiya və innovasiyaların inteqrasiyası, bu sahədə mövcud olan problemlərin innovativ həllərinin tətbiqi istiqamətinə həsr olunub.
 

İştirakçılar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyəcəklər.