Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 4 və 22 nömrəli tam orta məktəblərdə 1 mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, keçirilən tədbir və açıq dərslərdə şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları izah edilib. Sonra tibbi avadanlıqlar, fərdi mühafizə və kimyəvi zəhərlənmədən qorunma vasitələri nümayiş etdirilib.

 

Bildirilib ki, maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmalarını öyrətməkdən ibarətdir.

 

Şakir CƏFƏROV