Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı 30 illik yubileyi münasibətilə əməkdaşlıq etdiyi Moldova Respublikasının Tiraspol Dövlət Universiteti Senatının qərarına əsasən, "Tiraspol Dövlət Universiteti" qızıl medalı ilə təltif olunub. Filial  bu mükafata yüksəkixtisaslı mütəxəssislərin hazırlanması sahəsində verdiyi töhfəyə görə layiq görülüb.

 

Qeyd edək ki, Moldovanın ilk ali təhsil müəssisəsi olan Tiraspol Dövlət Universiteti 1930-cu ildən fəaliyyət göstərir. Hazırda universitetdə riyaziyyat, fizika, biologiya, kimya, xarici dillər, informatika, psixologiya, pedaqogika, ümumilikdə 32  ixtisas üzrə təhsil verilir.