Kanada alimləri insanı görünməz edən plaş ixtira ediblər. Monreal Elmi Araşdırmalar Milli İnstitutunun ekspertləri aydınlaşdırıblar ki, gözəgörünməz plaşın sirri işıqla manipulyasiyalardan ibarətdir.

 

www.belta.by saytının məlumatına əsasən, bu plaş enerjinin xüsusi ötürülməsinin köməyi ilə gözdən şüa və predmetləri gizlədir. Bunun səbəbi insanın gözlərinin elektromaqnit spektrinin bütün tezliklərini görə bilməməsidir.