Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar” devizi altında təhlükəsizlik aylığına start verilib. Tədbirin keçirilməsində əsas məqsəd piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış qaydalarının  aşılanmasıdır.

 

Aylıq ərəfəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılaraq, onların başvermə səbəblərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi nəzərdə tutulub. Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə,  uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə   yol nişanlarının qoyulması və digər zəruri tədbirlər həyata keçiriləcək.

                           

Sifai SƏFƏROVA