Xüsusi internat məktəbində tədbir


Bakının Şüvəlan qəsəbəsindəki  4 nömrəli respublika xüsusi internat məktəbində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə direktor Vəfa Seyidova məktəbin 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən yenidən inşa olunması və sonrakı fəaliyyəti barədə məlumat verib, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb.

 

Sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ölkəmizdə uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsindən,  xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biri olan  uşaqlara diqqət və qayğıdan, ilk növbədə, xəstə və valideyn himayəsindən məhrum uşaqlara kömək göstərməsindən bəhs edib. H.Şikarov “Uşaqlar bizim gələcəyimizdir. Günü-gündən inkişaf edən, çiçəklənən respublikamızın gələcəyi  məhz onların əlindədir”- deyə bildirib.

    

Tədbir bədii hissə ilə davam etdirilib.

                  

Sifai SƏFƏROVA