Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə Mayami şəhərində “Diplomatiya sənəti: Azərbaycan rəssamlarının birgə sərgisi” keçirilib.

 

Sərgi Azərbaycanın Mayamidəki səfirliyi tərəfindən təşkil olunub.

 

Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin təsviri sənət kafedrasının müəllimi Röya Həsənova 8 əsəri ilə iştirak edib. Onun bu sərgidə Qarabağın mənzərələrinə, tarixi abidələrinə həsr etdiyi “Qubadlı - Hacı Bədəl körpüsü”, “Cəbrayıl - Xudafərin körpüsü”, “Şuşa mənzərəsi”, “Kəlbəcər - Xudavəng Monastırı”, “Ağdam - Cümə Məscidi”, “Laçın mənzərəsi”, “Zəngilan - Məmmədbəyli Türbəsi” və “Xəyalımdan keçdi öz gözəl yurdum” əsərləri nümayiş etdirilib.