Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə “Xocalı soyqırımı – XX əsrin faciəsi” adlı foto və kitab sərgisi açılıb.

 

Sərgidə Xocalı soyqırımından bəhs edən, Azərbaycan, ingilis və rus dillərində 50-dək kitab nümayiş olunur. Bura "Qarabağ düyünü", “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi", "Vətən harayı", "Erməni terroru", "Xocalı soyqırımı" kimi kitablar daxildir.

 

Sərgidə, həmçinin Xocalı faciəsinin dəhşətlərini əks etdirən 30-dək tarixi fotoşəkil də təqdim olunur.

 

Sərgi həftənin sonunadək davam edəcək.