“Engineered Arts” şirkəti insan mimikası və hərəkətlərini sinxron şəkildə təqlid edən “Mesmer” adlı robot-humanoidi təqdim edib.

 

www.robo-hunter.com saytının məlumatına görə, “Mesmer” robotları hərəkətli mum fiqurlarına bənzəyirlər. Onlar insan mimikası və hərəkətlərini ötürücülər (fırlanma hərəkətini bir yerdən o biri yerə ötürən mexanizm) sayəsində yenidən canlandıra bilirlər. Ötürücülər səssiz işləyir, onların hər biri avtonom idarə olunur. Yeni robot insan kimi hərəkət etməklə yanaşı, kamera və sensorlar sayəsində insanı tanıyır, onun cinsi və yaşını müəyyən edə bilir.

 

Şirkət nümayəndələri bildiriblər ki, robot üçün vahid qiymət təyin etmək çətindir. Onun qiyməti alıcıya lazım olan modifikasiyadan asılıdır.