Könül Bünyadzadə: “Ülvi şəxsiyyətinə tam bir gəncə məxsus od-alov, çılğınlıq, irəliyə meyllilik və yaradıcılıq hakim kəsilmişdi”


Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anım mərasimi keçirilib.

 

Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli Ülvi Bünyadzadənin milli azaqdlıq uğrunda mübarizə əzmindən və onun bədii yaradıcılığından danışıb. O, deyib ki, Ü.Bünyadzadə günümüzə qədər yaşasaydı öz dövrünün tanınmış  yazıçılarından biri olardı.

 

Ü.Bünyadzadənin bacısı, professor Könül Bünyadzadə Azərbaycan Dillər Universitetində ildə iki dəfə Ü.Bünyadzadənin xatirəsinin anıldığını diqqətə çatdırıb və buna görə  universitet rəhbərliyinə  minnətdarlığını bildirib. Qardaşı haqqında xatirələrini bölüşən K.Bünyadzadə qeyd edib ki, Ülvi içindəki həqiqətləri və gənclik missiyasını üzə çıxararaq  öz şəxsiyyətinin qurucusu oldu: “Ülvi şəxsiyyətinə tam bir gəncə məxsus od-alov, çılğınlıq, irəliyə meyllilik və yaradıcılıq  hakim kəsilmişdi”.

 

Digər çıxışçılar Ülvi Bünyadzadənin azadlıq uğrunda mübarizəsindən, onun gənclərə örnək ola biləcək nümunəvi davranışından, yaradıcı fəaliyyətindən bəhs ediblər.