Aprelin 12-də elm və təhsil naziri Emin Əmrullayev Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ann Buayon ilə nəzakət görüşü keçirib.

 

Görüş zamanı Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.