ADNSU-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib


Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. 

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı olduqca şərəfli bir günün qeyd olunduğunu deyib və bu müqəddəs peşəni layiqincə daşıyan bütün müəllimləri təbrik edib. Müəllim peşəsinin şərəfli və eyni zamanda olduqca məsuliyyətli olduğunu diqqətə çatdıran rektor M.Babanlı bu işdə ali məktəb müəllimlərinin çiyinlərinə xüsusi məsuliyyət düşdüyünü qeyd edib. Rektor M.Babanlı çıxışında müəllimlərin hazırki sosial müdafiəsinin təşkilinə toxunub və bu istiqamətdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən danışıb.

 

ADNSU-nun professor və müəllim heyətini özəl gün münasibətilə təbrik edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan müəlliminin hər zaman nüfuzlu olduğunu və ADNSU-da hər zaman savadlı və nüfuzlu professor-müəllim heyətinin çalışdığını qeyd edib. Ulu öndər Heydər Əliyev trəfindən əsası qoyulan təhsil strategiyasından söz açan millət vəkili A.Mirzəzadə təhsilin ən mühüm strateji əhəmiyyətə malik bir sahə olduğunu vurğulayıb.

 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də  məzunu olduğu ADNSU-nun müəllim kollektivini təbrik edib və qazanılan hər bir uğurda məhz müəllim əməyi olduğunu  vurğulayıb.

 

Daha sonra 2017/2018-ci tədris ilində əmək fəaliyyətlərini qüsursuz başa vuran 20 nəfər mükafat alan müəllimlərin adları açıqlanıb.