Üçüncü “YAŞAT” düşərgəsinin iştirakçıları N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar. İştirakçılar öncə rəsədxananın muzeyi, rəsədxananın 2 metrlik teleskop binası ilə tanış olublar.

 

Kiçik elmi işçi Samirə Rəhimli qonaqlara teleskopun texniki parametrləri, burada aparılan elmi tədqiqat işləri barədə söz açıb və iştirakçıların kosmos haqqında verilən maraqlı suallarını cavablandırıb. Ekskursiya zamanı şəhid övladlarına eksponatlar haqqında  da  bəhs edilib.

  

Qeyd edək ki, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə baş tutan bu layihə çərçivəsində, ümumilikdə 300-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, peşəkar mütəxəssislərlə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, eyni zamanda psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə rəngarəng konsert proqramları  nümayiş olunacaq.

 

Sifai SƏFƏROVA