COURSERA beynəlxalq onlayn təhsil platformasının Avropada Universitet üzrə əməkdaşlıq direktoru Andy Poole Azərbaycan Dövlət İqtisad Uiversitetində (UNEC) olub.

 

Andy Polle UNEC-in EDUMAN platforması, UNEC Ekstern Mərkəzi (Distant Təhsil Mərkəzi), hibrid auditoriyalar, UNEC Bloomberg Maliyyə Laboratoriyası, imtahan zalı, Karyera Mərkəzi, 7/24 kitabxanası ilə tanış olduqdan sonra rektor, professor Ədalət Muradovla görüşüb.

 

UNEC-də təhsilin rəqəmsallaşması istiqamətində görülmüş işləri yüksək qiymətləndirən Andy Poole bildirib ki, UNEC COURSERA-nın təkcə Azərbaycanda deyil, bütövlükdə regionda təbii əməkdaşıdır.

 

Görüşdə “UNEC-100” İnkişaf Strategiyasında müəyyən edilmiş hədəflərə nail olmağa yardım məqsədilə COURSERA-nın UNEC-in tədris prosesinə inteqrasiya edilməsi, Karyera Akademiyası, UNEC-in müəllim və əməkdaşlarının Süni İntellekt (AI) və Generativ Süni İntellekt (GAI) üzrə kurslarda iştirak imkanları və digər mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.