Hər il Azərbaycan Texniki Universitetində (AzTU) 10 mart - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması günü qeyd edilir.

 

Ənənəyə uyğun olaraq, universitetdə bu münasibətlə qanvermə aksiyası keçirilib. Aksiyada AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov da iştirak ediblər.

 

Universitetin müəllim və tələbələrinin qatıldığı qanvermə aksiyası nəticəsində əldə olunan qan ehtiyatı respublikanın müvafiq səhiyyə təşkilatlarına, xəstəxana və hərbi hospitallarına göndərilib.