Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Balıkesir Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə BDU-dan bildirilib.
 
Protokolu BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Türkiyənin Balıkesir Universitetinin “Erasmus” proqramı üzrə koordinatoru Seda Şahin imzalayıb. Protokol çərçivəsində tələbələrin, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
 
Əsası 1992-ci ildə qoyulmuş Balıkesir Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. İyirmi dörd min tələbənin təhsil aldığı Balıkesir Universitetində 14 fakültə, 4 institut fəaliyyət göstərir.