Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri “SOCAR Türkiyə”də təcrübə keçəcəklər.

Bu barədə "Azərbaycan müəllimi"nə SDU-dan məlumat verilib. Qeyd olunub ki, SDU-nun dörd tələbəsi: "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının tələbələri Nübar Nəcəfli və İlqar Həsənli, "Kimya mühəndisliyi" ixtisasının tələbələri Əfsanə Ağayeva və Asiman Şahkərimli “SOCAR Türkiyə” şirkətində yay təcrübə proqramında iştirak etmək imkanı qazanıblar.

Təcrübə proqramı iki ay müddətini əhatə edəcək.