2024/2025 tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramına qəbulun 2-ci mərhələsinə portal.edu.az üzərindən start verilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq təhsil qrantına qeydiyyat www.portal.edu.az vasitəsilə aparılır. Təqaüd proqramının 1-ci mərhələsindən uğurla keçən əcnəbi müraciətçilər portal.edu.az üzərindən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" qəbul xəttini seçməklə 2-ci mərhələ üçün müraciətlərini yerləşdirə bilərlər.
 
Qeyd edək ki, müraciətçilər müraciətlərinin statusu, irəliləyişi, nəticələri və yeniliklər barədə məlumatı  vaxt itirmədən və olduğu yeri tərk etmədən portal.edu.az platformasında “Şəxsi kabinet”ləri vasitəsilə əldə edə biləcəklər.