Sertifikatlaşdırma imtahanlarında texniki problemlərin olmasına dair müraciətlərə baxılıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini Nurlan İsmayılbəyli "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. 
 
O bildirib ki, nəticələrə təsir edən hər hansısa problem aşkarlanmayıb.
 
"Onu da qeyd edim ki, artıq 10 min nəfərin eyni anda imtahan verməsi üçün texniki təminat yaradılıb. Bu il Naxçıvanda da ilk dəfə sertifikatlaşdırma imtahanı keçirilib və hər hansı çətinlik yaşanmayıb".