Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyinat alıb. 
 
Aytən Quliyeva 1985-ci ildə anadan olub. Pedaqoji və inzibati idarəetmə istiqamətləri üzrə təhsil alıb.
 
Əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.  
 
 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.
 
Evlidir, iki övladı var.