İyulun 17-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, iclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qazax–Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə namizədlər – İman Ağayev, Rahim Məmmədov, Məhəbbət Hüseynova və Elməddin Zeynalzadənin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.  
 
İclas zamanı müsahibə komissiyası üzvlərinin təqdim etdikləri məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 
 
İclasın yekununda isə Apellyasiya Şurası tərəfindən şikayətlərin təmin edilməsi barədə qərar qəbul olunub.