Sumqayıt Dövlət Universiteti (SDU) istedadlı beynəlxalq tələbələrin cəlb edilməsinə yönəlmiş yeni təqaüd proqramı elan edib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Bildirilib ki, proqram SDU-da seçilmiş ixtisaslar üzrə bakalavr və ya magistr dərəcəsi almaq istəyən 100 tələbə üçün tam təhsil haqqını əhatə edəcəkdir.
Təqaüd proqramı haqqında məlumat:
 
• Təqaüdün əhatə dairəsi: Bütün təhsil xərcləri
• Say: 100 nəfər
• Müddət: Bakalavr proqramları üçün 4 ilə qədər, magistratura proqramları üçün 2 ilə qədər
• Tədris dili: Azərbaycan dili
 
Qeyd: Azərbaycan dili bacarıqları kafi səviyyədə olmayan namizədlərə kampusda 6 aydan 1 ilə qədər pulsuz Azərbaycan dili dərsləri təklif olunacaq.
 
İxtisaslar:
Bakalavr səviyyəsi üzrə:
- Kimya mühəndisliyi
- Elektrik və elektronika mühəndisliyi
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi
- İnformasiya texnologiyaları
- Kompüter mühəndisliyi
- Riyaziyyat
- Fizika
- Kimya
- Biologiya
- Riyaziyyat müəllimliyi (Tədris ingilis dilində)
- Kimya müəllimliyi (Tədris ingilis dilində)
- Fizika müəllimliyi
- Biologiya müəllimliyi
 
Magistratura səviyyəsi üzrə
- Kimya mühəndisliyi (Polimerlərin kimyəvi texnologiyası)
- Kimya (Üzvi kimya)
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması)
- Biologiya (Mikrobiologiya)
- Kompüter elmləri (Verilənlərin təhlili)
- Kompüter mühəndisliyi (Kompüter mühəndisliyi)
- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (Kibertəhlükəsizlik)
- Elektrik mühəndisliyi (Elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi)
- Elektroenergetika mühəndisliyi (Elektroenergetika)
- Biznesin idarə edilməsi (Maliyyə üzrə)
- Biznesin idarə edilməsi (Təhsil üzrə menecment)
 
Müraciət prosesi:
1. Portal.edu.az saytında onlayn ərizə forması doldurulmalıdır.
2. Müraciət edənin akademik nailiyyətlər, karyera məqsədləri və SDU-nu seçmə səbəblərini əhatə edən esse (maksimum 500 söz) “Ad Soyad: "SDU Parlaq Gələcək" təqaüdü” başlığı altında [email protected] elektron poçt ünvanına göndərilməlidir.
3. Son tarix: 30 avqust, 2024-cü il
 
Əlaqə məlumatları:
Əlavə məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.